Kubada koronavirusa ilk yoluxma faktı qeydə alındı

Kubada koronavirusa ilk yoluxma faktı qeydə alındı Latın Amerikasının daha bir ölkəsində - Kubada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
12 Mart , 2020 10:24
Kubada koronavirusa ilk yoluxma faktı qeydə alındı
EWN

Latın Amerikasının daha bir ölkəsində - Kubada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən İtaliyanın 3 vətəndaşının müayinəsi nəticəsində onların virus daşıyıcısı olduğu müəyyənləşib.

Qeyd edək ki, Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə virus aşkarlanıb. Onlardan biri ölüb. Başqa Latın Amerikası ölkələrində Çilidə 23 nəfər, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9, Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada isə 8 nəfərə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 380-ə çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi