Kubada iki yaşdan 11 yaşa qədər uşaqlar peyvənd olunur

Kubada iki yaşdan 11 yaşa qədər uşaqlar peyvənd olunur Kubada ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunmasına başlanıb.
Digər ölkələr
17 Sentyabr , 2021 07:15
Kubada iki yaşdan 11 yaşa qədər uşaqlar peyvənd olunur

Kubada ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunmasına başlanılıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Kuba Səhiyyə Nazirliyindən verilən məlumata görə, sentyabrın 15-dən noyabrın 15-dək iki yaşdan 11 yaşa qədər təxminən 1,1 milyon uşağın, sentyabrın 5-dən noyabrın 5-dək isə 12-18 yaş arası 855 min yeniyetmənin peyvənd olunması planlaşdırılır.

Hazırda Kuba məktəbliləri distant təhsil alırlar, dövlət televiziyası xüsusi proqramlar yayımlayır. Sentyabr ayında həmçinin hamilə qadınların və yeni ana olan qadınların peyvəndi də tamamlanır.

Son xəbərlər

Orphus sistemi