Yuxarı

​Kuba XİN: “Bizim Suriyada qoşunumuz yoxdur”

Bəzi KİV-lər Kubanın İŞİD-ə qarşı mübarizəyə qoşulduğunu yazır

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Suriya ərazisində Kuba qoşunları yoxdur”.

“Report” xəbər verir ki, bu barədə şənbə günü ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Kuba XİN-i Suriya Ərəb Respublikasında Kuba qoşunlarının olma ehtimalına dair məsuliyyətsiz və əsassız məlumatları təkzib və qətiyyətlə rədd edib”, - deyə xarici siyasət idarəsinin qısa təkzib bəyanatında bildirilir.

Son bir neçə gündə bəzi nəşrlər Kuba qoşunlarının “İraq-Şam İslam Dövləti” terror qruplaşmasına (İŞİD) qarşı mübarizədə Rusiya, İran və başqa dövlətlərə qoşulduğunu yazıb.

Bununla əlaqədar olaraq Kuba XİN-i rəsmi bəyanat vermək məcburiyyətində qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi