Yuxarı
    Bağlamaq

    Kuba lideri Trampla dialoqa hazır olduğunu bildirib

    Raul Kastro: Ümumi maraq doğuran məsələlərlə bağlı Tramp hökuməti ilə dialoqu və əməkdaşlığı davam etdirməyə hazırıq

    Bakı. 26 yanvar. REPORT.AZ/ Kuba Dövlət Şurasının sədri Raul Kastro ABŞ-ın yeni prezidenti ilə Donald Trampla dialoqa hazır olduğunu bildirib.

    "Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

    Dövlət başçısı qeyd edib ki, o, bəzi predmetlər üzrə müzakirələrə hazırdır.

    "Biz ümumi maraq doğuran məsələlərlə bağlı yeni prezident Donald Tramp hökuməti ilə dialoqu və əməkdaşlığı davam etdirməyə hazırıq" – deyə Kuba lideri Latın Amerikası və Karib hövzəsi ölkələrinin Dominikan Respublikasında keçirilən birlik sammitində bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi