Kuba-Avropa Birliyi danışıqlarının növbəti raundu iyun ayında baş tutacaq

Kuba-Avropa Birliyi danışıqlarının növbəti raundu iyun ayında baş tutacaq ​AB-in xarici siyasət məsələləri üzrə rəsmisi Kubanın xarici işlər naziri ilə görüşüb
Digər ölkələr
22 Aprel , 2015 22:25
Kuba-Avropa Birliyi danışıqlarının növbəti raundu iyun ayında baş tutacaq

Bakı. 22 aprel. REPORT.AZ/ Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Mogerini, Kuba ilə əlaqələrin normallaşmasına yönələn danışıqların növbəti raundunun may ayında baş tutacağını deyib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Brusseldə Kubanın xarici işlər naziri Bruno Rodriqeslə görüşən F.Mogerini bildirib ki, Havana ilə əlaqələrin tamami ilə normallaşmasını nəzərdə tutan müqavilə cari ilin sonuna qədər imzalanmalıdır.

Qeyd edək ki, danışıqlar uğurlu nəticələnsə, Avropa Birliyi 2020-ci ilə qədər Kubanın kənd təsərrüfatı sektorunaki layihələrə 50 milyon evro həcmində yardım proqramı ayıracaq.

Son xəbərlər

Orphus sistemi