Bakı. 12 yanvar. REPORT.AZ/ Kuba 53 amerikalı məhbusu azadlığa buraxıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli məmuru bildirib.
Məlumata görə, məhbusların azadlığa buraxılması ABŞ-la Kuba arasında əldə edilən razılaşmaya əsasən gerçəkləşdirilib.
Xəbərdə qeyd olunub ki, Kuba ABŞ-ın digər məhbuslarını azadlığa buraxmaqdan imtina edib.
Xatırladaq ki, yanvarın 21-22-də ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobsonun Kubaya səfəri nəzərdə tutulub.