Kruiz gəmisindən suya düşən britaniyalı qadın 10 saat açıq dənizdə qalıb - FOTO - VİDEO

Kruiz gəmisindən suya düşən britaniyalı qadın 10 saat açıq dənizdə qalıb - FOTO - VİDEO Bakı. 20 avqust. REPORT.AZ/ Böyük Britaniya sakini Norwegian Star kruiz gəmisindən suya düşdükdən sonra 10 saat Adriatik dənizində üzüb.
Digər ölkələr
20 Avqust , 2018 08:27
Kruiz gəmisindən suya düşən britaniyalı qadın 10 saat açıq dənizdə qalıb - FOTO - VİDEO

Bakı. 20 avqust. REPORT.AZ/ Böyük Britaniya sakini "Norwegian Star" kruiz gəmisindən suya düşdükdən sonra 10 saat Adriatik dənizində üzüb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, gəmi Varqalora limanından Venetsiyaya üzürmüş.

Qadın göyərtədən suya Xorvatiya sahillərindən təqribən 95 km aralıda yıxılıb. Onu ölkənin sahil mühafizəsinin əməkdaşları düşdüyü yerdən 1300 metr aralıda tapıblar.

46 yaşlı Key Lonqstaff Xorvatiyanın Pula şəhər xəstəxanasına aparılıb. Tibbi müayinədən sonra qadın evə buraxılıb.

Hazırda Xorvatiya hökuməti turist qadının suya qəsdən və ya təsadüfən düşdüyünü müəyyən etmək üçün videomüşahidə kameralarının qeydlərini nəzərdən keçirir.

Son xəbərlər

Orphus sistemi