Məşhur aktyor Kris Pratt Arnold Şvarseneggerlə qohum olacaq

Məşhur aktyor Kris Pratt Arnold Şvarseneggerlə qohum olacaq Bakı. 15 yanvar. REPORT.AZ/ Tamaşaçılara Qalaqtikanın keşikçiləri məşhur kinoserialından tanış olan məşhur aktyor Kris Pratt həmkarı, eyni zamanda Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerin böyük qızı Ketrin ilə nişanlanıb.
Digər ölkələr
15 Yanvar , 2019 03:57
Məşhur aktyor Kris Pratt Arnold Şvarseneggerlə qohum olacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Tamaşaçılara "Qalaqtikanın keşikçiləri" məşhur kinoserialından tanış olan məşhur aktyor Kris Pratt həmkarı, eyni zamanda Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerin böyük qızı Ketrin ilə nişanlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda aktyor özünün "Twitter" səhifəsində bildirib.

"Əziz Ketrin, mən xoşbəxtəm ki, sən razılıq (evlilik təklifinə -red) verdin!", - deyə o yazıb. TMZ nəşrinin məlumatına görə, Kris Pratt və Ketrin Şvarsenegger ötən ilin iyununda tanış olublar. Cütlüyün toyunun tarixi barədə hələ məlumat verilmir.

39 yaşlı Pratt "Qalaqtikanın keşikçiləri" də daxil olmaqla, "Yura dövrünün dünyası 3", "Qisasçılar: Sonsuzluğa qədər müharibə" və s. 47 film, teleserialda çəkilib.

Daha əvvəl məlum olub ki, aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger özünün "Bugatti Veyron" avtomobilini 2,5 milyon dollara satıb.

Son xəbərlər

Orphus sistemi