​Krımda şəxsi təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

​Krımda şəxsi təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb Qəza zamanı pilot və iki sərnişin həyatını itirib
Digər ölkələr
5 Noyabr , 2015 03:31
​Krımda şəxsi təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Ötən gün Krımın şərqində yerləşən Koktobel qəsəbəsində "Cessna" tipli şəxsi təyyarə qəzaya uğrayıb və nəticədə üç nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə təcili xidmətlərdəki mənbəyə istinadən Rusiya mətbuatı məlumat yayıb.

"Klementyev dağının Koktebelə yaxın ərazisinə hələ ki, müəyyən edilməyən səbəblərdən şəxsi "Cessna" təyyarəsi düşüb. İlkin məlumatlara görə, hava gəmisinin pilotu və iki sərnişini həyatını itirib", - deyə mənbə bildirib.

Digər mənbələrin məlumatına görə, uçuş zamanı ştatdankənar vəziyyət yaranıb və təyyarə bir anda yüksəkliyi itirərək yerə çırpılıb.

Son xəbərlər

Orphus sistemi