Krasnoyarsk diyarında beş nəfərdən ibarət ailə yol qəzasında ölüb

Krasnoyarsk diyarında beş nəfərdən ibarət ailə yol qəzasında ölüb Rusiyanın Krasnoyarsk diyarının Uyar bölgəsində ikinci ağır yol qəzası baş verib.
Digər ölkələr
30 Noyabr , 2019 08:02
Krasnoyarsk diyarında beş nəfərdən ibarət ailə yol qəzasında ölüb

Rusiyanın Krasnoyarsk diyarının Uyar bölgəsində ikinci ağır yol qəzası baş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, qəza P-255 “Sibir” avtomagistralında qeydə alınıb. Belə ki, “MAN” markalı yük maşını ilə “Toyota” markalı avtomobilin toqquşması nəticəsində beş nəfərdən ibarət ailə ölüb.

Ölənlərin üçü uşaqdır. Hazırda qəza baş ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Uyar bölgəsində “Honda” markalı avtomobillə “Nissan” markalı avtomobil toqquşub. Nəticədə üç nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi