Yuxarı
    Bağlamaq

    Kral Abdullah İŞİD yaraqlılarını nasizmlə eyniləşdirib

    “Başqa xalqları, onların etiqad və əqidələrini təhqir etmək irəliyə doğru aparan yol deyil”

    Bakı. 10 mart. REPORT.AZ/ İordaniya Kralı Abdullah avropalıları islamla ədavətə qarşı mübarizə aparmağa çağırıb və bildirib ki, islamofobiya müsəlmanlar arasında ifratçılığa xidmət edir.

    "Report"un "Azadlıq Radiosu"na istinadən verdiyi xəbərə görə, martın 10-da Strasburqda Avropa Parlamentində çıxış edən Kral Abdullah deyib ki, Avropa dövlətləri qarşılıqlı hörmət və açıq cəmiyyətə üstünlük verməlidir.

    “Başqa xalqları, onların etiqad və əqidələrini təhqir etmək  irəliyə doğru aparan yol deyil”, - deyən İordaniya rəhbəri bildirib ki, Avropanı xüsusilə də islamafobiya ilə mübarizədə "vacib tərəfdaş" adlandırıb.

    Kral Abdullah Suriya və İraqda fəaliyyət göstərən İŞİD terroçu qruplaşmasını da faşistlərlə müqayisə edib.

    Qeyd edək ki, İŞİD yaraqlıları ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyada İordaniya da iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi