Kot-d'İvuarda polislə etirazçıların toqquşmasında 5 nəfər ölüb

Kot-d'İvuarda polislə etirazçıların toqquşmasında 5 nəfər ölüb Son iki gündə Kot-d'İvuarda hazırkı dövlət başçısı Alassan Uattaranın qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməsinə etiraz edən nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda azı 5 nəfər ölüb.
Digər ölkələr
323
14 Avqust , 2020 03:11
Kot-d'İvuarda polislə etirazçıların toqquşmasında 5 nəfər ölüb

Son iki gündə Kot-d'İvuarda hazırkı dövlət başçısı Alassana Uattaranın qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməsinə etiraz edən nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda azı 5 nəfər ölüb.

Bu baradə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Üç nəfər avqustun 12-də ölkənin qərbindəki Daukro şəhərində, digər iki nəfər Qvineya körfəzinin sahilindəki Bonua şəhərində öldürülüb.

Ölkənin iqtisadi paytaxtı Abidjanda cümə axşamı günü müxalifət kiçik etiraz aksiyası keçirib, mərkəzi küçələrin birində yığdıqları zibilləri yandırıblar. Polis bir neçə nəfəri həbs edərək etirazçıları dağıdıb.

Bundan əvvəl, Alassana Uattara oktyabrda keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmayıb. O, baş nazir Amadu Qon Kulibalinin namizədliyini dəstəkləyib. Ancaq baş nazir 8 iyulda qəflətən ölüb və Kot-d'İvuarda hakim olan koalisiya, 76 yaşlı Alassananın prezident seçkilərinə vahid namizəd olaraq irəli sürüblər.

Dövlət başçısı avqustun 6-da xalqa müraciətində mövcud şərait səbəbindən seçkilərdə iştirak etmək niyyətini rəsmən elan edib.

Orphus sistemi