Kot-d'İvuarda iki marşrut taksisi toqquşub, 26 nəfər ölüb

Digər ölkələr
  • 07 dekabr, 2024
  • 10:27
Kot-d'İvuarda iki marşrut taksisi toqquşub, 26 nəfər ölüb

Kot-d'İvuarın qərbində iki marşrut taksisinin toqquşması nəticəsində azı 26 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, daha 28 nəfər yaralanıb.

Kot-d'İvuar KİV-i qəzanın avtomobillərdən birinin təkərinin partlaması nəticəsində baş verdiyini qeyd edir. Toqquşma nəticəsində yanğın başlayıb və bu, taksidə olan insanların ölümünə əsas səbəb olub.