Yuxarı
    Bağlamaq

    Kot-d'İvuarda qiyamçılar müdafiə nazirini azad ediblər

    Həmçinin 10 nəfər azad olunub

    Bakı. 8 yanvar. REPORT.AZ/ Kot-d'İvuarda qiyam etmiş hərbçilər müdafiə nazirini və üsyanın gedişində Buaka şəhərində mühasirəyə alınmış binada girov saxlanılan 10 nəfəri azad ediblər.

    "Report" xəbər verir ki, bu barədə şahidlərə istinadən "Reuters" bildirib.

    Qeyd edək ki, daha əvvəl Kot-d'İvuarda qiyamı təşkil etmiş hərbçilərin qiyamdan yarım saat sonra, ölkənin prezidenti Aalassan Uattarın qiyamçılarla razılaşma əldə edildiyini elan etdikdən sonra müdafiə nazirinin evinə atəş açdıqları bildirilirdi.

    Qeyd edək ki, hərbi qulluqçular qiyam qaldırararq ölkənin üç şəhərində - Buakada, Daloada və Koroqoda qarışıqlıq yaradıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi