"Otto" qasırğası Kosta-Rikada 10 nəfərin ölümünə səbəb olub

"Otto" qasırğası Kosta-Rikada 10 nəfərin ölümünə səbəb olub Təbii fəlakət zamanı 11000 insanın əmlakına ziyan dəyib
Digər ölkələr
28 Noyabr , 2016 02:03
Otto qasırğası Kosta-Rikada 10 nəfərin ölümünə səbəb olub

Bakı. 28 noyabr. REPORT.AZ/ Kosta-Rikanın hakimiyyət orqanları "Otto" qasırğası nəticəsində 10 nəfərin öldüyünü, ölkəyə külli miqdarda ziyan dəydiyini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə "Excelsior" portalı məlumat yayıb.

Ölkənin Fövqəladə Vəziyyətlər Komissiyasının məlumatına görə, təbii fəlakət zamanı 11000 insanın əmlakına ziyan dəyib. 2,7 min kilometr yol qəza zərər çəkib. Bərpaetmə işlərinin dəyəri 13 milyon dollar qiymətləndirilir.

Kosta-Rika prezidenti Luis Qilermo Solis 12 müvəqqəti sığınacağa yerləşdirilmiş insanlara qida və suyun çatdırılmasında problemlərin yarandığını deyib.

Hazırda zərərçəkənlərə yardımlar təyyarələr və helikopterlərlə çatdırılır.

Son xəbərlər

Orphus sistemi