Kosta-Rika dağlarında təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Kosta-Rika dağlarında təyyarə qəzaya uğrayıb - YENİLƏNİB Təyyarənin göyərtəsində 10 əcnəbi vətəndaş və iki yerli pilot olub
Digər ölkələr
1 Yanvar , 2018 04:46
Kosta-Rika dağlarında təyyarə qəzaya uğrayıb - YENİLƏNİB
ria.ru

Bakı. 1 yanvar. REPORT.AZ/ Kosta-Rikanın Quanakaste vilayəti yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsində on ABŞ vətəndaşı olub. 

"Report"  xarici KİV istinadən məlumat verir ki, ölkənin sabiq prezidenti Laura Çinçily qəza nəticəsində əmi oğlusun da həlak olduğunu bəyan edib.


***01:20

Kosta-Rikanın Quanakaste vilayəti yaxınlığındakı dağlıq ərazidə təyyarə qəzaya uğrayıb.

"Report" RİA “Novosti”-yə istinadən məlumat verir ki, qəza nəticəsində 12 nəfər ölüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi həlak olanlar barədə məlumatı təstiqləyib. Ilkin məlumatlara görə, təyyarənin göyərtəsində 10 əcnəbi vətəndaş və iki yerli pilot olub. Təyyarə yerli Nature Air aviaşirkətinə məxsus olub.

Son xəbərlər

Orphus sistemi