Kosta Rika BVF-dan daha 1,75 milyard dollar istəyir

Kosta Rika BVF-dan daha 1,75 milyard dollar istəyir Kosta Rika hökuməti koronavirus pandemiyasının vurduğu iqtisadi ziyanın nəticələrini aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,75 milyard ABŞ dolları məbləğində vəsait istəmək barədə qərar qəbul edib.
Digər ölkələr
30 Avqust , 2020 08:40
Kosta Rika BVF-dan daha 1,75 milyard dollar istəyir

Kosta Rika hökuməti koronavirus pandemiyasının vurduğu iqtisadi ziyanın  nəticələrini aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,75 milyard ABŞ dolları məbləğində vəsait istəmək barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə yerli “El Pais” nəşri məlumat yayıb.

Kredit üç il üçün nəzərdə tutulub.

Qeyd olunub ki, 2020-ci ildə büdcə kəsiri ÜDM-in 9% -dən çox ola bilər. Ölkənin Mərkəzi bankı, Kosta Rika iqtisadiyyatının 5% azalacağını proqnozlaşdırır.

Aprel ayında BVF, koronavirus ilə mübarizə üçün Mərkəzi Amerika ölkəsinə təcili maddi yardım olaraq artıq 504 milyon ABŞ dolları ayırmışdı.

Xatırladaq ki, hal-hazırda Kosta Rikada koronavirusa yoluxmuş insanların ümumi sayı 38 485 nəfərdir, virusun yaratdığı xəstəlikdən 407 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi