Kosmik mərkəzdən 40 min tibbi maska oğurlandı

Kosmik mərkəzdən 40 min tibbi maska oğurlandı Fransa Qvianasındakı Kuru kosmik mərkəzində işçilərin ehtiyacları üçün saxlanılan 40 min tibbi maska oğurlanıb.
Digər ölkələr
25 Mart , 2020 15:33
Kosmik mərkəzdən 40 min tibbi maska oğurlandı
Российская газета

Fransa Qvianasındakı Kuru kosmik mərkəzində işçilərin ehtiyacları üçün saxlanılan 40 min tibbi maska oğurlanıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Guyaweb” nəşri məlumat yayıb.

Oğurluq barədə məlumatı Fransanın dənizaşırı departamentinin inzibati mərkəzi olan Kayennanın prokurorluğu da təsdiqləyib. Hazırda cinayət işi Kuru polisi tərəfindən araşdırılır.

Fransa KİV-nin məlumatına görə, Fransa Qvianasında 27 nəfər koronavirusa yoluxub. Fransada isə toplamda 22 304 yoluxma hadisəsi təsdiqlənib, 1 100 nəfər virusdan ölüb.

Son xəbərlər

Orphus sistemi