Koronavirusun tüğyan etdiyi şəhərə minlərlə tibb işcisi göndərildi

Koronavirusun tüğyan etdiyi şəhərə minlərlə tibb işcisi göndərildi Çinin koronavirusun geniş yayıldığı Uhan şəhərinə xəstəliktörədiciyə qarşı mübarizə üçün daha 2600 tibbi işçisi göndərilib.
Digər ölkələr
13 Fevral , 2020 06:41
Koronavirusun tüğyan etdiyi şəhərə minlərlə tibb işcisi göndərildi

Çinin koronavirusun geniş yayıldığı Uhan şəhərinə xəstəliktörədiciyə qarşı mübarizə üçün daha 2600 tibbi işçisi göndərilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Qərar Çin Xalq Respublikasının sədri və Mərkəzi Hərbi Şuranın rəhbəri Si Szinpin tərəfindən qəbul olunub. Qeyd edilir ki, şəhərə əlavə olaraq quru, dəniz, hava və raket qoşunlarından, həmçinin başqa hərbi hissələrdən də qüvvələr göndəriləcək.

Yeni həkimlər və sanitarlar Tunszi xəstəxanasında və Qunqu ərazisindəki klinikada pasiyentlərin müalicəsinin təşkili ilə məşğul olacaqlar. Birinci xəstəxananı 860 yer, ikincini 700 nəfərlik yerlə təchiz etmək planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi