Koronavirusa yoluxmuş Donald Tramp amerikalılara müraciət etdi

Koronavirusa yoluxmuş Donald Tramp amerikalılara müraciət etdi ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların sakinlərinə “Twitter” vasitəsilə videomüraciətində səhhətinin yaxşılaşması və seçkiqabağı kampaniyasına sürətli qayıdış haqqında bildirdi.
Digər ölkələr
5018
4 Oktyabr , 2020 04:39
Koronavirusa yoluxmuş Donald Tramp amerikalılara müraciət etdi
Donald Tramp və Melanya Tramp

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların sakinlərinə “Twitter” vasitəsilə videomüraciətində səhhətinin yaxşılaşması və seçkiqabağı kampaniyasına sürətli qayıdış haqqında bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

"Mən bura gəldim və özümü elə də yaxşı hiss etmirdim, amma indi özümü əla hiss edirəm. Düşünürəm ki, tezliklə qayıdacam, kampaniyanı nə vaxt sona çatdırmağın mümkün olacağını gözləməyəcəm", - Tramp deyib.

Dövlət başçısı əlavə edib ki, onun başına gələn hadisəni (koronavirusa yoluxma-red) dünyada milyonlarla insan yaşayıb. Tramp hesab edir ki, o, həmin insanların hamısı uğrunda "mübarizə aparır", təkcə amerikalılar üçün yox.

Prezidentin sözlərinə görə, ona Ağ Evdə qalmağı təklif ediblər, amma bunu etmək istəməyib.

Tramp həmçinin bildirib ki, birinci xanım Melanya Tramp da özünü yaxşı hiss edir, çünki, o "daha gənc"dir.

ABŞ prezidentinin “Twitter” videosu təxminən dörd dəqiqə davam edib. Tramp tez-tez danışıb, amma bir az yorğun görünüb.

Son xəbərlər

Orphus sistemi