Koronavirus daha bir ölkədə can aldı

Koronavirus daha bir ölkədə can aldı Polşada koronavirusdan ilk ölüm qeydə alınıb.
Digər ölkələr
12 Mart , 2020 15:48
Koronavirus daha bir ölkədə can aldı

Polşada koronavirusdan ilk ölüm qeydə alınıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, virus ölkədə bir nəfərin həyatına son qoyub.

Məlumata görə, bu günədək Polşada 47 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 127 810-a çatıb. Bunların 68 335 nəfəri sağalıb, 4 717 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi