Fransadakı qocalar evlərinin böyük əksəriyyətində COVID-19 infeksiyası aşkar edilib.
“Report”un Fransa bürosu xəbər verir ki, koronavirus ölkədəki qocalar evlərinin 77 faizində yayılıb.
Yeni virusa yoluxma nəticəsində bu günədək 3 000 qocalar evində 1 416 nəfər həyatını dəyişib.
Qeyd edək ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6 507 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 588 nəfər vəfat edib. Hazırda COVID-19 infeksiyasına yoluxanlardan 27 432 nəfəri xəstəxanalardadır. Onların 6 662 nəfəri ağır vəziyyətdə reanimasiyalarda saxlanılır.
Dünyada koronavirus xəstələrinin ümumi sayı 972 640 nəfərə çatıb, 50 325 nəfər epidemiyanın qurbanı olub.