Koronavirus bu ölkənin gəmisində sürətlə yayılır

Koronavirus bu ölkənin gəmisində sürətlə yayılır Yaponiyanın İokohama şəhərinin sahilləri yaxınlığındakı “Diamond Princess” gəmisində daha 70 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
Digər ölkələr
578
16 Fevral , 2020 06:18
Koronavirus bu ölkənin gəmisində sürətlə yayılır

Yaponiyanın İokohama şəhərinin sahilləri yaxınlığındakı “Diamond Princess” gəmisində daha 70 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. 

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Bildirilir ki, gəmidə virusa ümumi yoluxma sayı artıq 355-ə çatıb. Virusa yeni yoluxanların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır.

Gəmi yanvarın 20-də İokohamadan çıxıb və 3 fevralda qayıdıb. Sərnişinlər arasında yeni koronavirusun aşkarlandığı Çin vətəndaşı da olub. O, yanvarın 25-də Honkonqda gəmini tərk edib. Yaponiya hakimiyyətinin qərarına əsasən gəmi tibbi müayinədən keçirilməsi üçün İokoqama sahillərində lövbər salıb.

Gəmidə təxminən 3,7 min sərnişin və 50 ölkədən ekipaj üzvü olub. Fevralın 17-də ABŞ təxminən 380 öz vətəndaşını gəmidən təxliyə etməlidir.

Son xəbərlər

Orphus sistemi