Bakı. 26 dekabr. REPORT.AZ/ Şimali Koreyanın "Phanmun" dəmir yolu stansiyasında Cənubi Koreya və KXDR-in avtomobil və dəmir yollarının modernləşdirilməsi və birləşməsi üzrə birgə layihənin simvolik açılış mərasimi keçirilib.
Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.
Mərasimə qatılmaq üçün KXDR-ə içərisində 100 cənubi koreyalı olan qatar gəlib. Onlar arasında nəqliyyat naziri Kim Hyon Mi, birləşmə naziri Ço Myon Qyun və digər rəsmi şəxslər olub.
KXDR nümayəndə heyətini dəmir yolları nazirinin müavini Kim Yun Hyok və Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son Qvon təmsil edib. Tədbirdə