Koreyada keçmiş deputat kəşfiyyat xidmətinə başçılıq edəcək

Koreyada keçmiş deputat kəşfiyyat xidmətinə başçılıq edəcək . O, Şimali Koreya ilə danışıqlarda fəallıq göstərib.
Digər ölkələr
28 İyul , 2020 16:26
Koreyada keçmiş deputat kəşfiyyat xidmətinə başçılıq edəcək

Keçmiş deputat Pak Çi Von Cənubi Koreya kəşfiyyatının başçısı təyin olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin administrasiyası bildirib.

Bir müddət əvvəl Pak Çi Vonun təyinatı parlament dinləməsində qəbul olunub. Ölkə prezidenti Mun Çje İn formal olaraq onun bu vəzifəyə namizədliyini təsdiqləyib. İyulun 29-dan etibarən Pak Çi Von səlahiyyətlərinin icrasına başlayacaq. O, Şimali Koreya ilə danışıqlarda fəallıq göstərib. 2000-ci ildə Cənubi Koreyanın o vaxtkı prezidenti Kim De Çjunla Şimali Koreyanın keçmiş lideri Kim Çen İrlə görüşün təşkilində əsas rol oynayıb.

Son xəbərlər

Orphus sistemi