ABŞ-la Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

ABŞ-la Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-la Cənubi Koreya “Başlıca qərar” (“Key resolve”) adı altında birgə komanda-qərargah təlimləri keçirəcək.
Digər ölkələr
16 Yanvar , 2019 11:53
ABŞ-la Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-la Cənubi Koreya “Başlıca qərar” (“Key resolve”) adı altında birgə komanda-qərargah təlimləri keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bu il martın 4-də başlayacaq təlimlər iki həftə davam edəcək. Hazırda tərəflər hərbi tədbirin detallarını müzakirə edirlər.

Cənubi Koreya Şimali Koreyanın tənqidlərinə tuş gəlməmək üçün təlimin “19-1” adlandırılmasını nəzərdən keçirir. 

Son xəbərlər

Orphus sistemi