Konqresmen Luis Barletta ABŞ-ın əmək naziri ola bilər

Konqresmen Luis Barletta ABŞ-ın əmək naziri ola bilər O, ölkənin yeni prezidenti Donald Tramp ilə görüşüb
Digər ölkələr
30 Noyabr , 2016 07:59
Konqresmen Luis Barletta ABŞ-ın əmək naziri ola bilər

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Luis Barletta ölkənin yeni seçilmiş prezidenti Donald Tramp ilə görüşdüyünü bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, konqresmenin sözlərinə görə, görüşdə onun əmək naziri vəzifəsinə təyin olunması məsələsi müzakirə olunub.

Görüşdən sonra jurnalistlərlə qısaca söhbət edən konqresmen, ona edilən təklif barədə düşünəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi