Konqresmenlər prezidentliyə namizədlərin müdafiəsi üçün qanun layihəsi təqdim edəcəklər

Konqresmenlər prezidentliyə namizədlərin müdafiəsi üçün qanun layihəsi təqdim edəcəklər ABŞ Nümayəndələr Palatasının üzvləri, respublikaçı Maykl Louler və Demokrat Riçi Torres (hər ikisi Nyu-Yorkdan) prezidentliyə namizədlərin müdafiəsini gücləndirəcək qanun layihəsi təqdim etməyi planlaşdırırlar.
Digər ölkələr
15 İyul , 2024 07:39
Konqresmenlər prezidentliyə namizədlərin müdafiəsi üçün qanun layihəsi təqdim edəcəklər

ABŞ Nümayəndələr Palatasının üzvləri, respublikaçı Maykl Louler və Demokrat Riçi Torres (hər ikisi Nyu-Yorkdan) prezidentliyə namizədlərin müdafiəsini gücləndirəcək qanun layihəsi təqdim etməyi planlaşdırırlar.

“Report” xəbər verir ki, bu barədə onların birgə bəyanatında deyilir.

“Dünən gecə keçmiş prezident Donald Trampa sui-qəsd tariximizdə qaranlıq məqam oldu. Yeni məlumatlar əldə olunduqca aydın olur ki, bütün əsas prezidentliyə namizədlər əlavə müdafiəyə ehtiyac duyurlar.

Buna görə də biz prezident Cozef Baydenə, keçmiş prezident Donald Trampa və prezidentliyə namizəd Robert Kennediyə gücləndirilmiş Məxfi Xidmət mühafizəsini təmin etmək üçün qanunvericilik təqdim etməyi planlaşdırırıq”, – məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi