Konqresmen Baydenin enerji siyasətini kəskin tənqid edib

Konqresmen Baydenin enerji siyasətini kəskin tənqid edib “ABŞ Prezidenti Cozef Bayden aralıq Konqres seçkiləri ərəfəsində ölkənin strateji neft ehtiyatını tükəndirməklə ştatın milli təhlükəsizlik aktivi ilə oynayır”.
Digər ölkələr
20 Oktyabr , 2022 04:41
Konqresmen Baydenin enerji siyasətini kəskin tənqid edib

“ABŞ Prezidenti Cozef Bayden aralıq Konqres seçkiləri ərəfəsində ölkənin strateji neft ehtiyatını tükəndirməklə ştatın milli təhlükəsizlik aktivi ilə oynayır”.

“Report” xəbər verir ki, bunu respublikaçı konqresmen Maykl Makkal deyib.

Onun sözlərinə görə, Ağ Ev rəhbərinin enerji siyasəti çox təhlükəlidir.

“Bu, strateji neft ehtiyatıdır. Bu, neftin siyasi ehtiyatı deyil. O, bu milli təhlükəsizlik sərvəti ilə siyasət oynayır ki, bu da həqiqətən yalnız müharibə dövründə, ölkənin enerjiyə ehtiyacı olduğu vaxtlarda lazımdır. Çox təhlükəlidir. Bu təhlükəli siyasətdir”

Konqresmen qeyd edib ki, Bayden ABŞ-ı öz neft hasilatından faktiki olaraq məhrum edib, çünki onun iqlim planları qalıq yanacaqların istifadəsinin azaldılması ilə bağlı idi.

Son xəbərlər

Orphus sistemi