Konqo Demokratik Respublikasının şərqində silahlıların silsilə hücumları nəticəsində azı 21 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli
Nəşrin məlumatına görə, hücumlar Beni (Şimali Kivu əyaləti) ərazisində olub. Hücumların ADF qruplaşmasından silahlıları tərəfindən təşkil edildiyi güman olunur.
Qeyd edilir ki, Mantumbi (Mantumbi) yaşayış məntəqəsində 11 nəfər öldürülüb. Mamovedə (Mamove) 6 dinc sakin atəşlərdən və kəsici alətlərin – dəhrələrin zərbələrindən həlak olub. Həlak olanlar arasında qadınlarla yanaşı, təzə doğulmuş körpə də var.
Mamove vətəndaş cəmiyyətinin nümayəndəsi Kinos Katuho bildirib ki, silahlılar motosikletləri və Mamovedə bir neçə evi yandırıblar.