Konqo Demokratik Respublikasının Beni şəhərində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə
Nəşr yazıb ki, ölənlər arasında iki uşaq da var. Partlayış nəticəsində azı 13 nəfər yaralanıb.
Terror aktını müəssisənin girişində mühafizəçilərin dayandırdığı kamikadze törədib. Partlayışdan sonra atışma da baş verib.
Qeyd edilir ki, bu ilin əvvəlində Benidə kamikadze özünü partladıb, lakin heç kim həlak olmayıb. Hücumlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.
Konqo Demokratik Respublikasının şimal-şərqindəki Şimali Kivu əyalətinin Beni şəhərindəki kafedə bomba partladılıb.
"Report" bu barədə "Associated Press"ə istinadən məlumat verir.
Məlumata görə, insanlar axşam saatlarında restorana toplaşaraq katoliklərin Milad bayramını qeyd ediblər.
Xəsarət alanların sayı məlum deyil, dağıntıların miqyası dəqiqləşdirilir.
Partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.