Konqoda BMT missiyasının üç əməkdaşı və yeddi etirazçı həlak olub

Konqoda BMT missiyasının üç əməkdaşı və yeddi etirazçı həlak olub Konqo Demokratik Respublikasının şərqindəki Butembo şəhərində BMT sülhməramlılarının Şimali Kivu əyalətindən çıxarılması tələbi ilə keçirilən nümayiş zamanı iğtişaşlar baş verib.
Digər ölkələr
27 İyul , 2022 04:18
Konqoda BMT missiyasının üç əməkdaşı və yeddi etirazçı həlak olub

Konqo Demokratik Respublikasının şərqindəki Butembo şəhərində BMT sülhməramlılarının Şimali Kivu əyalətindən çıxarılması tələbi ilə keçirilən nümayiş zamanı iğtişaşlar baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Paula Nqoma bildirib.

Onun sözlərinə görə, iğtişaşlar nəticəsində 3-ü BMT missiyasının üzvü olmaqla, azı 10 nəfər həlak olub.

Şimali Kivu əyalətində artıq ikinci gündür ki, BMT sülhməramlılarının çıxarılması tələbi ilə nümayişlər keçirilir. Nümayişçilər təşkilatı əhalinin təhlükəsiz yaşaması üçün şərait yarada bilməməkdə ittiham edirlər.

Bir gün əvvəl vilayətin inzibati mərkəzi Qoma şəhərində nümayiş zamanı yaranan iğtişaşlar zamanı 5 nəfər həlak olub. Etirazçılar BMT missiyasının regional qərargahına və Qomada talan edilmiş anbara basqın ediblər. Polis asayişi bərpa etmək üçün xüsusi texnikadan istifadə edib. Hücum edənlərin bu hərəkətlərinə görə kimin məsuliyyət daşıdığı hələlik bəlli deyil.

Son xəbərlər

Orphus sistemi