Konqoda benzindaşıyan maşının yanması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb - YENİLƏNİB

Konqoda benzindaşıyan maşının yanması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb - YENİLƏNİB Bakı. 6 oktyabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının qərbində başqa bir avtomobil ilə toqquşan benzindaşıyan maşının yanması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Digər ölkələr
6 Oktyabr , 2018 21:40
Konqoda benzindaşıyan maşının yanması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 6 oktyabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının qərbində başqa bir avtomobil ilə toqquşan benzindaşıyan maşının yanması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü hadisə şahidinə istinadən "Franc-Press" məlumat yayıb.


***17:22

Bakı. 6 oktyabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının (KDR) qərbindəki Orta Konqo əyalətində benzindaşıyan maşının yanması nəticəsində 50-dən çox insan ölüb, 100-dən çox sakin xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb. 

"Okapi" radiosunun xəbərinə görə, aşan maşından tökülən benzinin sürətlə yaxındakı evlərədək yayılması yanğının geniş ərazini bürüməsinə və böyük faciəyə gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi