Yuxarı

​Konqoda 45 dinc sakin kütləvi qətliamın qurbanı olub

Hadisə Şimali Kivu vilayətinin Beni şəhərində baş verib

Bakı. 14 avqust. REPORT.AZ/ Konqo Demokratik Respublikasında kütləvi qətl nəticəsində 45 dinc sakin öldürülüb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beni şəhərinin meri Nyoni Bvanakava məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Şimali Kivu vilayətinin Beni şəhərində, şənbə günündən bazar gününə keçən gecə baş verib.

Ölkə prezidenti Jozef Kabila hadisə yerinə gedib. O, qeyd edib ki, bu, terror aktı deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi