"Report" BBC-yə istinadən xəbər verir ki, buna baxmayaraq, hakimiyyət orqanları xeyli üsyançının hələ də əvvəlki kimi qaçaq olmasından ehtiyatlanır.
Könüllü təslim olmağa dair ultimatumun müddəti bir həftədən sonra bitir.
"Ruandanın azadlığı uğrunda demokratik qüvvələr" üsyançı qruplaşmasının nümayəndələri Konqo Demokratik Respublikası ərazisində yerləşərək Pol Kaqamenin prezidentliyi dövründə Ruandada etnik tutsi hökumətinə qarşı müqavimət göstəriblər.
Qruplaşma uşaqları öz sıralarına qatmaq, həmçinin dinc sakinlərin qətlə yetirilməsi və zorlanmasında ittiham olunurlar.