Konqo Demokratik Respublikasında "Ebola" virusundan ölənlərin sayı 1100 nəfəri keçib

Konqo Demokratik Respublikasında "Ebola" virusundan ölənlərin sayı 1100 nəfəri keçib Ötən ilin iyul ayından indiyə qədər Konqo Demokratik Respublikasında Ebola hemorragik qızdırma virusuna yoluxan 1100-dən çox adam ölüb.
Digər ölkələr
11 May , 2019 13:46
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1100 nəfəri keçib

Ötən ilin iyul ayından indiyə qədər Konqo Demokratik Respublikasında "Ebola" hemorragik qızdırma virusuna yoluxan 1100-dən çox adam ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ümumilikdə, ölkədə 1649 yoluxma halının aşkarlandığını açıqlayıb. 

Bunlardan 1561-i laboratoriya müayinəsi nəticəsində təsdiqlənib, 88 nəfərin isə virusa yoluxduğu ehtimal olunur. Nazirlikdən bildirilib ki, virusdan 1105 nəfər ölüb, 444 nəfər müalicə alaraq sağalıb.

Qeyd edək ki, "Ebola" epidemiyası 2015-ci ildən Qərbi Afrikada geniş yayılıb və əsasən üç ölkədə - Qvineya, Syerra Leone və Liberiyada rast gəlinib. 

Konqo Demokratik Respublikasında "Ebola" virusunun mövcud yayılması 2018-ci ilin iyul ayının sonundan başlayıb.

Son xəbərlər

Orphus sistemi