Konqo Demokratik Respublikasında "Ebola" virusundan ölənlərin sayı 1100 nəfəri keçib
Digər ölkələr
- 11 may, 2019
- 09:46
Ötən ilin iyul ayından indiyə qədər Konqo Demokratik Respublikasında "Ebola" hemorragik qızdırma virusuna yoluxan 1100-dən çox adam ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ümumilikdə, ölkədə 1649 yoluxma halının aşkarlandığını açıqlayıb.
Bunlardan 1561-i laboratoriya müayinəsi nəticəsində təsdiqlənib, 88 nəfərin isə virusa yoluxduğu ehtimal olunur. Nazirlikdən bildirilib ki, virusdan 1105 nəfər ölüb, 444 nəfər müalicə alaraq sağalıb.
Qeyd edək ki, "Ebola" epidemiyası 2015-ci ildən Qərbi Afrikada geniş yayılıb və əsasən üç ölkədə - Qvineya, Syerra Leone və Liberiyada rast gəlinib.
Konqo Demokratik Respublikasında "Ebola" virusunun mövcud yayılması 2018-ci ilin iyul ayının sonundan başlayıb.
Son xəbərlər
01:47
Merts Almaniyada azlıq hökumətinin qurulmasını istisna edib
Digər ölkələr01:18
ABŞ İrana sanksiyalardan yayınmağa kömək edən şirkətləri sanksiyalarla hədələyib
Digər ölkələr00:54
"Arsenal" UEFA Çempionlar Liqasının ilk finalçısı olub
Futbol00:52
Səudiyyə Ərəbistanı iyunda Asiya üçün neftin qiymətini endirib
Digər ölkələr00:26
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
Digər ölkələr23:58
Aİ-Azərbaycan münasibətləri: strateji maraqlar "qətnamə marafonu"na qarşı – ŞƏRH
Analitika23:48
Zülfüqari: Tehran BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb
Region23:25
Əlcəzair Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Region23:07