Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub

Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub Konqo Demokratik Respublikasında (KDR) bu il mpox (meymun çiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 15 mini keçib, 500-dən çox insan ölüb.
Digər ölkələr
15 Avqust , 2024 22:44
Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub

Konqo Demokratik Respublikasında (KDR) bu il mpox (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 15 mini keçib, 500-dən çox insan ölüb.

“Report” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Samuel Roje Kamba bildirib.

“2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 15 664 mpox-a yoluxma hadisəsi və bu virusla bağlı 548 ölüm hadisəsi baş verib”, - o deyib.

Nazir əlavə edib ki, ölkənin 26 əyalətinin hamısında yoluxma qeydə alınıb.

Xatırladaq ki, avqustun 13-də Afrika İttifaqının Səhiyyə Xidməti mpox virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Daha sonra isə ÜST meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb.

Afrika Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, bu il 16 Afrika ölkəsində mpox epidemiyası qeydə alınıb. 2024-cü ilin əvvəlindən Afrikada 38,4 min mpox ilə xəstələnmə hadisəsi müəyyən edilib, 1 465 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi