Konqoda vulkan püskürməsinin fəsadları açıqlanıb
Digər ölkələr
- 26 may, 2021
- 16:27
Mayın 22-də Konqo Demokratik Respublikasının şərqində, Qoma şəhəri yaxınlığında Nyiraqonqo vulkanının püskürməsi nəticəsində 31 nəfər həlak olub, 40 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) açıqlamasında bildirilir.
Ölənlərin 13 nəfəri şəhərdən təxliyə zamanı, 24 nəfəri isə lavada yanaraq həlak olub. Bununla yanaşı, 20 minədək insan evsiz-eşiksiz qalıb. Qoma şəhərinin bir qəsəbəsi və yaxınlıqdakı üç kənd, o cümlədən 3 səhiyyə ocağı, 12 ibtidai və orta məktəb dağılıb. Təbii fəlakət nəticəsində 500 minədək əhalinin işıq və su təchizatı dayanıb.
Həmin bölgədə 2002-ci ildə baş vermiş püskürmə nəticəsində 250-dən artıq insan həlak olmuşdu.
Son xəbərlər
10:45
Elmar Mirsalayev: "Bu il sığorta bazarında azı 10 % artım gözlənilir"
Maliyyə10:33
"Beşiktaş" "Roma"nın qapıçısını heyətinə qatıb
Futbol10:26
Azərbaycandakı binalarda enerji qənaətini hədəfləyən pilot layihənin şərtləri müəyyənləşib
İnfrastruktur10:24
Tərtərdə 146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub
Hadisə10:17
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 11 %-ə yaxın azaldıb
Biznes10:14
Foto
Video
Füzulidə qanunsuz tikili sökülüb
Hadisə10:11
Polşa aviasiyası Rusiyanın Ukraynadakı aktivliyinə görə havaya qaldırılıb
Digər ölkələr10:01
İtaliyadakı qış olimpiadasında bu gün bir neçə növ üzrə yarışlar baş tutacaq
Komanda09:55