Konqo Demokratik Respublikasının lideri prezident seçkilərində qalib gəlib

Konqo Demokratik Respublikasının lideri prezident seçkilərində qalib gəlib Konqo Demokratik Respublikasının (KDR) hazırkı dövlət başçısı Feliks Çisekedi dekabrın 20-də keçirilən prezident seçkilərində qalib gəlib və ikinci müddətə yenidən seçilib.
Digər ölkələr
1 yanvar 2024 01:49
Konqo Demokratik Respublikasının lideri prezident seçkilərində qalib gəlib

Konqo Demokratik Respublikasının (KDR) hazırkı dövlət başçısı Feliks Çisekedi dekabrın 20-də keçirilən prezident seçkilərində qalib gəlib və ikinci müddətə seçilib.

“Report”un xəbərinə görə, bu barədə ölkənin Müstəqil Milli Seçki Komissiyası məlumat yayıb.

"Çisekedi seçicilərin 73,34 % səsini qazandı, 13 milyon insan ona səs verdi", - komissiyanın nümayəndəsi Kinşasadakı brifinqdə deyib. "Siyahıda ikinci yerdə 18 % səslə Moiz Katumbi qərarlaşıb, onu 3,25 milyon seçici dəstəklədi", - o əlavə edib.

Bundan əvvəl müxalifət seçkilərin nəticələrini tanımadığını açıqlayıb və yeni Müstəqil Milli Seçki Komissiyasının heyəti ilə səsvermə tələb edib. Müxalifət, həmçinin ölkə əhalisini "seçki saxtakarlığı" və "oğurlanmış səslər"ə etiraz olaraq küçələrə çıxmağa çağırıb.

Qeyd edək ki, seçkilərdə prezidentlik uğrunda 19 namizəd mübarizə aparıb. Seçkilər bir turda keçirilir. Qalib sadə səs çoxluğu qazanan namizəddir.

Son xəbərlər

Orphus sistemi