Kolumbiyanın şərqində neft kəməri partladılıb

Kolumbiyanın şərqində neft kəməri partladılıb Naməlum şəxslər Kolumbiyanın şərqində yerləşən neft kəmərini partladıblar.
Digər ölkələr
23 Yanvar , 2021 04:31
Kolumbiyanın şərqində neft kəməri partladılıb

Naməlum şəxslər Kolumbiyanın şərqində yerləşən neft kəmərini partladıblar.

“Report” xəbər verir ki, bu barədə “Caracol” telekanalı bildirib.

Məlumata görə, hadisə cümə günü gündüz Saravena (şərqi Arauka departamenti) bələdiyyəsi ərazisində olub. Naməlum şəxslər neft kəmərinin işini pozmaq üçün partlayıcı maddədən istifadə ediblər. Partlayış nəticəsində xəsarət alan olmayıb.

Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin məlumata görə, neft kəmərinin partlayışına üsyançı təşkilatlarının üzvləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi