Yuxarı
    Bağlamaq

    Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb

    Onların 8 min 890 nəfəri hamilə qadınlardır

    Bakı. 5 mart. REPORT.AZ/ Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə şənbə günü Cənubi Amerika ölkəsinin Milli Səhiyyə İnstitutu məlumat yayıb.

    Fevralın sonunda ölkə hökuməti 42 min nəfərdə xəstəliyin aşkar edildiyini təsdiqləyib.

    "Yoluxanların sayı 47 min 771 nəfər təşkil edir, onların 8 min 890 nəfəri hamilə qadınlardır", — deyə məlumatda bildirilir.

    Hazırda Kolumbiya bu virusa yoluxanların sayına görə Latın Amerikası və Karib hövzəsində Braziliyadan sonra ikinci ölkədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi