Kolumbiyada virus 14 mindən çox insanın həyatına son qoydu

Kolumbiyada virus 14 mindən çox insanın həyatına son qoydu Kolumbiyada 11286 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 10709 nəfər müalicə olunaraq sağalıb.
Digər ölkələr
542
14 Avqust , 2020 06:15
Kolumbiyada virus 14 mindən çox insanın həyatına son qoydu

Kolumbiyada 11 286 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 10 709 nəfər müalicə olunaraq sağalıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 308 nəfər vəfat edib.

Ümumilikdə, Kolumbiyada 433 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 494 nəfər müalicə olunaraq sağalıb, 14 145 nəfər dünyasını dəyişib.

Nazirlik eyni zamanda infeksiyanın ölkənin bütün bölgələrində aşkarlandığını bildirib.

Qeyd edək ki, Kolumbiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı ölkə üzrə xüsusi karantin rejimi 31 avqust tarixinədək uzadılıb.

Orphus sistemi