Bakı. 24 mart. REPORT.AZ/ “Milli Azadlıq Ordusu” (ELN) üsyançı qruplaşmasının liderlərindən biri Alvaro Orteqa Kolumbiyada keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, əməliyyat Bolivar şimal departamentinin ərazisində polis tərəfindən həyata keçirilib.
"Mən Xose Antonio Qalan cəbhəsinin komandanı - Hayro adı ilə tanınan Alvaro Orteqanın məhv edilməsi münasibəti ilə bizim polisi təbrik edirəm", - dövlət başçısı Xuan Manuel Santos bildirib.