Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
Digər ölkələr
- 29 iyun, 2025
- 11:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kolumbiyanın qərbindəki Bello bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 23 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“Bu fövqəladə hadisə nəticəsində həlak olmuş 23 nəfərin ailələrinə həmrəyliyimizi bildiririk”, — məlumatda qeyd olunub. Daha 13 nəfər itkin düşmüş hesab olunur.
Qeyd olunub ki, təbii fəlakətdən ümumilikdə 1 948 nəfər zərər çəkib. Dağıntılar altından 23 nəfər xilas edilib.
Torpaq sürüşməsi iyunun 24-də Bellodakı Qranisal yaşayış məntəqəsində baş verib. İlk gün 10 nəfərin öldüyü məlum olmuşdu. Torpaq sürüşməsinə səbəb regionda bir neçə gün davam etmiş güclü yağışlar olub.
Son xəbərlər
18:10
SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb
Energetika
18:06
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Digər ölkələr
17:52
Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
ASK
17:31
Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
ASK
17:27
Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək - Rəy
Daxili siyasət
17:25
Hesablama Palatası: Özəlləşdirmə üzrə borc qalıqları büdcə üçün əlavə vəsait potensialı yaradır
Maliyyə
17:22
İoannis Diamantakos: "İrlandiyaya qarşı oyunda müdafiədə çox zəif çıxış etdik"
Komanda
17:19
SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb
Energetika
17:17
Foto
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
ASK