Yuxarı

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ən azı 33 nəfər ölüb

Ölənlərin sayının artacağı ehtimal olunur

Bakı. 18 may. REPORT.AZ/ Kolumbiyanın şimal-qərbində torpaq sürüşməsi baş verib. Nəticədə 33 nəfər ölüb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sürüşməyə leysan yağışları səbəb olub və hadisə gecə 03 radəsələrində Santa-Marqarita kəndində baş verib. Hadisə yerinə xiasedicilər qrupu cəlb olunub. Ölənlərin sayının artacağı ehtimal olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi