Boqotanın ticarət mərkəzində partlayış zamanı ölənlərin sayı 3 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Boqotanın ticarət mərkəzində partlayış zamanı ölənlərin sayı 3 nəfərə çatıb - VİDEO - YENİLƏNİB Onların hamısı 23-31 yaşlı gənc qadınlardır
Digər ölkələr
18 İyun , 2017 05:09
Boqotanın ticarət mərkəzində partlayış zamanı ölənlərin sayı 3 nəfərə çatıb - VİDEO - YENİLƏNİB
Ren.Tv

Bakı. 18 iyun. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqotadakı ticarət mərkəzində törədilən partlayış qurbanlarının sayı 3 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Caracol" radiosu məlumat yayıb.

"Hər üç qurban 23-31 yaşlarında olan gənc qadındır. Ölənlərdən biri şəhərdə könüllü kimi fəaliyyət göstərən Fransa vətəndaşıdır", - deyə radionun məlumatında bildirilir.

***04:14


Kolumbiyanın paytaxtı Boqotanın ticarət mərkəzlərindən birinin binasında güclü partlayış baş verib.

"Report" xəbər verir ki, nəticədə 1 nəfər ölüb, daha 11-i yaralanıb.

Şahidlərin sözlərinə görə, partlayış paytaxtın turizm rayonunun mərkəzində yerləşən "Centro Andino" ticarət kompleksinin ikinci mərtəbəsinin tualetində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən və "təcili yardım" maşınları cəlb olunub. Bina təxliyyə edilib.

Boqota meri partlayışı terror aktı adlandırıb.

Son xəbərlər

Orphus sistemi