Kolumbiyada təyyarə qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə
Qeyd edilir ki, hadisə ölkənin mərkəzi hissəsində baş verib. Bukaramanqi şəhərindən Simitarru istiqamətində uçan, "Aerogalan" aviaşirkətinə məxsus yüngülmühərrikli təyyarə havaya qalxdıqdan az sonra yerə çırpılıb.
Hadisə zamanı təyyarədə üç nəfər olub, onların hamısı qəza nəticəsində ölüb.
Hakimiyyət orqanları qəzanın səbəblərini araşdırmaya başlayıb. Təyyarənin yerə düşməsinin səbəbi hələ məlum deyil.