Bakı. 9 mart. REPORT.AZ/ Şənbə günü Kolumbiyanın mərkəzi hissəsində təyyarənin qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Caracol" agentliyi məlumat yayıb.
Bildirilir ki, qəza mərkəzi Meta departamentində qeydə alınıb. "Laser" şirkətinə məxsus "Douglas DC-3" tipli təyyarə San-Xose-del-Quavyare şəhərindən Vilyavisensyoya uçurmuş. Hava gəmisi San-Martin yaşayış məntəqəsi üzərində olanda, pilot dispetçerlərə göyərtədə fövqəladə vəziyyət barədə məlumat ötürüb və qəza enişi etməyə çalışıb, lakin bu, uğursuzluqla nəticələnib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 12 nəfər olub və onların hamısı ölüb.
Artıq hadisə yerinə xilasedicilər gəlib. Təyyarənin qəzaya uğramasının səbəbləri məlum deyil. İstintaqa başlanılıb.