Kolumbiyanın müdafiə naziri: Ölkədəki terror aktında 36 hərbçi yaralanıb
Kolumbiyanın müdafiə naziri: Ölkədəki terror aktında 36 hərbçi yaralanıbKolumbiyada hərbi hissənin ərazisində minalanmış maşının partlayışı nəticəsində təxminən 36 hərbçi yaralanıb.
Kolumbiyada hərbi hissənin ərazisində minalanmış maşının partlayışı nəticəsində təxminən 36 hərbçi yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli KİV bildirib.
"Təxminən 36 hərbi qulluqçu hadisə yerinə həkimlərin gəlməsindən sonra tibbi yardım alıb. Onlardan bəziləri şəhər xəstəxanalarına çatdırılıb", - “Opinion” nəşri bildirib.
Kolumbiya prezidenti İvan Duke müdafiə naziri Dieqo Molanoya Kukutanın hərbi hissəsində terror aktını şəxsən araşdırmağa tapşırıb. Öz növbəsində müdafiə naziri hadisəni terror aktı adlandırıb.
“Bu briqadanın əsgərlərinə qarşı terror aktını qəti şəkildə pisləyirik. 36 əsgər xəsarət alıb. Onlardan 3-nün xəsarəti ağırdır”, - nazir keçirdiyi brifinqdə deyib.
#EnVivo | Así se registró la fuerte explosión en las instalaciones de la Brigada 30 del Ejército Nacional. pic.twitter.com/82rpaJZn6V
— Diario La Opinión (@laopinioncucuta) June 15, 2021